Bu gün: 19 may

Zaqatala prokurorluğu kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı


Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib. İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər