Bu gün: 20 may

Yeni nazir Fərid Əfəndiyevi işdən çıxardı - FOTO


Ədliyyə naziri yeni kadrlarla bağlı əmr imzalayıb. Nazirliyin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Əliyevə nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib. Bundan əvvəl, Ə.Əliyev Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib. Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər