Bu gün: 20 may

Xarkov atəşə tutuldu - 15 yaralı var


Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinin Şevçenko rayonunu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb. Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət prokurorluğu məlumat yayıb. Bildirilib ki, olayda 20 yaşayış binasına ziyan dəyib. Rusiya Silahlı Qüvvələri yaşayış məntəqəsinə UNPS D30-SN (unifikasiya edilmiş növlərarası planlı sursatı, 30 sm çaplı) ilə hücum edib. Ərazidə ümumilikdə üç zərbə qeydə alınıb. Xatırladaq ki, hadisə mayın 5-i günorta baş verib. Daha əvvəl 10 nəfərin yaralandığı açıqlanmışdı. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər