Bu gün: 19 may

Toydan çıxan 2 qadını maşın vurdu, biri öldü


Bakıda ağır yol qəzası baş verib. Metbuat.az xəbər verir ki, hadisə dünən saat 22:40 radələrində Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayındakı toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub. Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva az sonra vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir. Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər