Bu gün: 20 may

Tərtərdə ağır qəza - Ölən var / FOTO


Tərtər rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Metbuat.az-ın məlumatına görə, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobillə "BMW" markalı maşının toqquşması nəticəsində sürücülərdən biri, 1989-cu il təvəllüdlü İsrafil Həsənov ölüb. "BMW" markalı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Rövşən Əliyev isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktı Metbuat.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı təsdiqləyib. Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər