Bu gün: 20 may

Tanınmış aktyor “Komedixana”dan ayrıldı - FOTO


Tanınmış aktyor Cavidan Novruz "Komedixana" kollektivindən ayrıldığını bildirib. Metbuat.az xəbər verir ki, lent.az-a müsahibə verən aktyor bunu işlərinin çoxluğu səbəbi ilə etdiyini bildirib. "Düzünü desəm, bu kollektivlə o qədər yaxşı münasibətlərimiz var ki, ayrıldığımı hələ nə özüm, nə onlar qəbul edə bilmir. Hər şey yaxşıdır, dostluq münasibətlərimiz davam edir. Sadəcə işlərin çoxluğu belə tələb etdi. Komedixana mənə çox şey qazandırdı",- deyə o qeyd edib. "Aktyor nə zamansa "Komedixana"ya qayıdacasınızmı?" sualının cavabını "Bunu zaman göstərər" şəklində verib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər