Bu gün: 19 may

“Şvabenin açıqlaması Almaniyanın mövqeyini əks etdirmir” - Arzu Nağıyev


“Almaniyalı deputat Frank Şvabe dəfələrlə Azərbaycana qarşı kin küdrətlə dolu açıqlamalar verən şəxs kimi yadda qalıb. Onun səsləndirdiyi açıqlamalar həm də ermənilərin sifarişlərini yerinə yetirən, dırnaqarası siyasətçi kimi tanınmasından irəli gəlir”. Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. O bildirib ki, Bundestaq üzvünün açıqlamaları Almaniya dövlətinin mövqeyi demək deyil: “Yenə də ikili standartlar davam edir. Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıdıb qayıtmaması tək Frank Şvabın qərarından asılı deyil. Bildiyiniz kimi, bu məsələ ilə bağlı bir neçə dövlət müraciət edib. Onlar bu fikirlərini Azərbaycanın regionda lider dövlət olması ilə əsaslandırdılar. Şvab da başa düşür ki, tək onun verdiyi açıqlamalarla bu işlər həll olunmur. Onun yüksək səviyyədə və faktlara əsaslanmış cavabını da Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. Düşünürəm ki, bundan sonra Şvabın təmsil etdiyi partiya, Almaniya dövləti də onun haqqında müəyyən ölçülər götürə bilər”. Prezident İlham Əliyevin Almaniyaya son işgüzar səfərinin yekunları barədə danışan millət vəkili vurğulayıb ki, Almaniya da Azərbaycanın enerji təhlükəsizliyi təhdidinin qarşısını alan dövlət kimi dəstəkləyir: “Fransa və digər dövlətlərin sifarişini yerinə yetirən Şvab kimilər də başa düşməlidir ki, dövlətlər arasında olan münasibət ümumi maraqlardan doğaraq inkişaf edir. Bu kimi açıqlamalar regionda sülhün bərqərar olmasına xidmət etmir, əksinə, təxribat xarakteri güdür. Biz dəfələrlə demişik ki, Azərbaycan dövlətinin və onun parlamentinin nümayəndələrinin AŞPA-da təmsil olunması birmənalı şəkildə müsbət haldır. Azərbaycanın xarici və daxili siyasəti müstəqildir. Biz daha böyük konfliktləri, münaqişələri belə vasitəçi olmadan həll edirik. Təbii ki, bu da Şvab kimi düşünənlərin xoşuna gələ bilməz”,- deyə Arzu Nağıyev qeyd edib. Gülbəniz Hüseynli / Metbuat.az You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər