Bu gün: 20 may

Sumqayıtda batan yeniyetmənin axtarışları davam etdirilir


Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları davam etdirilir. Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hazırda yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o cümlədən, kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində axtarışlar intensiv şəkildə həyata keçirilir. Əlavə məlumat veriləcək. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər