Bu gün: 19 may

Sumqayıt sakini itkin düşdü


Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Metbuat.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb. C.Əliyevin əlamətləri bunlardır: Boyu 177 sm, arıq bədən quruluşlu, gözləri kül rəngindədir. Evdən çıxan zaman əynində qara rəngli idman şalvarı, qara rəngli köynək və idman ayaqqabısı olub. Onun barəsində məlumatı olanlardan 077-591-21-21 və 070-800-04-04 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər