Bu gün: 19 may

Skuter sürücülərini bu qədər cərimə gözləyir - RƏSMİ


"Skuter də nəqliyyat vasitəsidir, yol hərəkəti haqqında qanunvericilikdə birbaşa olaraq adı çəkilməsə də, qanunların tətbiqi baxımından onların hüquq və vəzifələrini velosipedçilərin, moped idarə edənlərin səlahiyyətlərinə, hüquq və vəzifələrinə bərabər hesab etmək olar. Təbii ki, yeni qanunvericilikdə daha dəqiq, konkret formada istinadlar olacaq". Bu sözləri Metbuat.az-a açıqlamasında son illərdə Bakı yollarında çoxalan skuter kimi yeni nəqliyyat vasitələrindən danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. Onun sözlərinə görə, mövcud şəraitdə skuter sürücüləri hərəkətin digər iştirakçıları hesab olunurlar: "Onların məsuliyyətləri hərəkətin digər iştirakçıları kateqoriyasında olan, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində nəzərdə tutulan hallarla müəyyən olunur. Bu maddəyə görə, 20 manatdan 100 manata qədər cərimə nəzərdə tutulub. Ümumi istifadədə olan yollarda piyadadan sürücülərə qədər hər kəsin bərabər hüquqları var. Skuter istifadə edənlər bu nəqliyyat vasitəsinin mobil imkanlarından sui-istifadə etməməlidir. Avtomobil yolunda ziqzaqvari hərəkət etmək, piyada səkilərində insanların üzərinə hərəkət etmək olmaz. Skuter sürən şəxslər də təhlükəsizlik üçün baş geyimindən, yəni dəbilqədən istifadə etməlidir". Cavidan Mirzəzadə / Metbuat.az You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər