Bu gün: 19 may

Siqaret çəkməyin qarşısını almaq üçün Britaniyada nədən istifadə olunur?


Artıq uzun müddətdir ki, siqaret əleyhinə mübarizə aparmaq məqsədilə “Dumanlı Albion”da elektron siqaretlərdən və tütün qızdırıcı cihazlardan istifadə olunur. Bunun olduqca uğurla nəticələndiyini deyə bilərik. Siqaret çəkənlərin istifadə etdiyi digər alternativ üsullar nədən ibarətdir? Bu yaxınlarda biznes məqsədilə Britaniyaya köçən azərbaycanlı dostum Londonda ilk dəfə həkim terapevtə müraciət etməli oldu. Başlanğıcda yüngül soyuqdəymənin pnevmoniyaya çevrilmə təhlükəsi yaranmışdı. Britaniyalıların öz səhiyyə sistemləri və onunla bağlı növbələrdən tutmuş bütün xəstəlikləri ibuprofenlə müalicə etmək cəhdlərinə qədər hər şey haqqında deyindiklərini nəzərə aldıqda, bu prosesin uzun və qeyri-məhsuldar olacağı göz qabağında idi. Lakin buna baxmayaraq, terapevt həmyerlimizi təəccübləndirməyə nail oldu. Artıq müayinənin sonuna yaxın ingilis-həkimi belə bir sual maraqlandırdı: “siqaret çəkirsiniz?” – “bəli, artıq 20 ildir ki, çəkirəm”. – Əgər heç bir halda siqaretdən imtina edə bilmirsinizsə, heç olmasa elektron siqaretlər və ya tütün qızdıran cihazlardan istifadə etməyə başlayın Düzünü desək, Bakıda belə bir məsləhəti həkimdən eşitmək ehtimalınız azdır. Lakin, Britaniyada demək olar ki, artıq neçə illərdir ki, bu üsuldan geniş istifadə olunur və bu həkimlərin təşəbbüsü deyil. Siqaretlərdən alternativ nikotin məhsullarına keçid ölkənin əsas səhiyyə tənzimləyici qurumu, Milli Səhiyyə Sistemi (MSS və ya National Health System) tərəfindən rəsmi şəkildə tövsiyə olunur. Əlbəttə, MSS-in bununla bağlı açıq izahat verir: yaxşı olar ki, siqaret aludəçiləri nikotin tərkibli bütün məhsullardan imtina etsinlər. Lakin bumümkün olmadıqda, onların siqaretlərdən daha az zərərli alternativlərə keçməsi məsləhət görülür. Britaniyanın tütün şirkətlərinə rəğbət bəsləməsi ilə bağlı şübhələrə əsas yoxdur. Burada siqaretə tətbiq olunan aksiz vergiləri və digər vergilər Avropada ən yüksək vergilərdən biridir. Yeri gəlmişkən, bu yaxınlarda Böyük Britaniyanın Maliyyə naziri Ceremy Hant bu vergilərin növbəti dəfə artırılacağını bəyan etdi və yaxın zamanlarda adi siqaret qutusunun təxmini qiymətinin 16 funt sterlinqdən (təxminən 35 manat) çox olacağı bildirildi. Lakin Britaniyada yalnız siqaret aludəçilərinin “cibinə ziyan vurulmadı”, bununla yanaşı, sağlamlıq cəhətdən daha təhlükəsiz üsulların tətbiq olunması qərara alındı. Britaniyalı alimlər və həkimlər ölkənin ən böyük ictimai sağlamlıq problemi – siqaretlərdən istifadənin qarşısının alınması məqsədilə elektron siqaretlər və tütün qızdıran cihazları real imkan kimi daha çox nəzərdən keçirirlər. Britaniyalı həkimlər təkcə alternativ məhsulları nikotin plastırları, nikotin tərkibli saqqızlar və digər dərman preparatları ilə eyni sıraya qoymurlar, onlar həm də elektron siqaretlər və tütünün qızdırılması texnologiyasının siqaretlərə qarşı mübarizədə daha uğurlu hesab edirlər, çünki onlar siqaret çəkmə “vərdişini” təqlid edir. Elə bu səbəbdən də siqaret çəkənlər bu üsullara daha tez keçirlər, baxmayaraq ki, elektron siqaretlərdə ümumiyyətlə tütün yoxdur, tütünü qızdıran cihazlarda isə tütün yanmır, sadəcə qızdırılır. Siqaretdən imtina etməyənlərin nəzərinə. Böyük Britaniya və digər Avropa ölkələrində siqaretlətdən hansı vasitələrlə “keçirlər”: • Nikotin tərkibli yapışqanlar • Snyus (çeynənən tütün) • Qızdırıla bilən tütün (yanmadan) • Elektron siqaretlər • Nikotin tərkibli saqqızlar • Nikotin plastırları Bir il bundan qabaq MSS daha da irəli gedib ölkədə “Siqaretdən imtina etmək üçün keç” layihəsinə start verdi: siqaretlərdən alternativ nikotin məhsullarına keçmək istəyən siqaret aludəçilərinə bu vasitələr hətta pulsuz təqdim oluna bilər. Bu yanaşma artıq öz nəticəsini göstərib – son 10 ildə Britaniyada siqaret çəkənlərin sayı – ölkə tarixində ən aşağı göstərici olaraq 20%-dən 14%-ə enmişdir. İnsanları siqaret, alkoqollu içkilər və fastfud kimi zərərli vərdişlərdən tamamilə imtina etməyə vadar etməyin qeyri mümkün olduğu artıq Böyük Britaniyada hamıya məlumdur. “Qadağan olunan məhsul həvəskarlarını” sağlamlığa daha az zərərli alternativlərə keçirməyə cəhd etmək daha real görünür. Belə nəticəyə gələ bilərik ki, bu cür praqmatik və realistik yanaşma lap yuxarıdan, məhz Böyük Britaniyanın Baş nazirinin ofisindən gəlir. «Şəkərli qidalar, alkoqollu içkilər və nikotini qəbul etməsəydik, sözün əsl mənasında sağlam həyat tərzimiz ola bilərdi, lakin günümüzdə insanları daha sağlam həyat tərzi yaşamağa təşviq etmək çox vacibdir. Daha az zərərli alternativlər mövcud olmasa, milyardlarla insan siqaret çəkməyə, alkoqollu içkilər, şəkərli, duzlu qidalar və digər zərərli məhsullar qəbul etməyə davam edəcəklər», – bu yaxınlarda Böyük Britaniyanın baş naziri Rişi Sunak belə bir açıqlama verdi. Maraqlısı budur ki, baş nazir özü nə siqaret çəkir, nə də ki alkoqollu içkilər qəbul edir, lakin sevimli içkisi olan “Coca-Cola”nı daha az zərərli sayılan, tərkibində şəkər qamışından əldə edilmiş qəhvəyi şəkər olan Meksika “kolası” ilə əvəzləyərək sağlamlığını qorumağa çalışır. Əsas odur ki, daima daha az zərərli alternativlər mövcuddur! You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər