Bu gün: 20 may

Səhiyyə naziri əhaliyə çağırış etdi


Səhiyyə naziri Teymur Musayev elektron reseptlə bağlı əhaliyə çağırış edib. Metbuat.az xəbər verir ki, nazir elektron reseptin vətəndaşın sağlamlığına dair lazım olan məlumatı özündə cəmləşdirdiyini və əlçatanlığı təmin edən platformaya çevriləcəyini bildirib. Onun sözlərinə görə, elektron resept istər əczaçı, istərsə sıravi vətəndaş, istərsə də həmin resepti yazan tibb işçisi üçün vahid platformadır: “Tədricən elektron resept bütün kağız reseptləri əvəzləyəcək. Yazılan bütün reseptlər tibb işçisinin və vətəndaşın mobil telefonunda qorunub saxlanılacaq. Buradan çağırış edirəm ki, hər kəs mobil tətbiqi öz telefonuna yükləsin. Çünki hər kəs bu sistemdən faydalanacaq”. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər