Bu gün: 20 may

Şahruddinin komandası "Qalatasaray"a uduzdu


Türkiyə Superliqasında 34-cü tura start verilib. Metbuat.azxəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" öz meydanında lider "Qalatasaray"la qarşılaşıb. Görüşdə İstanbul komandası 3:0 hesablı qələbə qazanıb. Şahruddin də bu oyunun iştirakçısı olub. 29 yaşlı qapıçı meydana start heyətdə çıxıb və sonadək oynayıb. Qeyd edək ki, "Qalatasaray" 93 xalla 1-ci, "Adana Demirspor" isə 41 xalla 11-ci pillədə qərarlaşıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər