Bu gün: 19 may

Sabirabadda ağır qəza - Ölən var


Sabirabadda ölümlə nəticələnən yol qəzası olub. Metbuat.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sabirabad rayonunun Şəhriyar kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər