Bu gün: 20 may

Sabiq baş pediatrın ölümü ilə bağlı RƏSMİ MƏLUMAT


"1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır". Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir. Respublikanın keçmiş baş pediatrı Nəsib Quliyevin özünü evində ov tüfəngi ilə güllələdiyi bildirilir. Hadisə professorun Görədil qəsəbəsindəki evində baş verib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər