Bu gün: 19 may

Rusiya nüvə müharibəsinə hazırlaşır? - Politoloq şərhi


“Rusiya üçün çətin aylar başlayır. Ukrayna ordusu Krım istiqamətində hədəfləri məhv edib, hücumları artıracaq”. Bunu Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Qərbin Ukraynaya verdiyi silahları ABŞ və alman hərbçilər idarə edir: “Ukraynada döyüşmək üçün legioner qruplarda hücum əməliyyatlarını gözləyir. İyunda İsveçrədə başlayacaq Ukrayna üçün sülh formuna kimi Rusiya ordusuna ciddi zərbələr vurulması planlaşdırılır. Bundan sonra, Rusiyanın yeni ərazilər işğal etməsi çətinləşəcək”. Politoloq hesab edir ki, Rusiya və Ukrayna danışıqları yaxın perspektivdə bu mümkün deyil: “Ümumiyyətlə, Rusiya Ukrayna müharibəsinindanışıqlarla həll yolu gözlənilmir. Çünki Qərblə Rusiya arasında hərbi konfontrasiya birinin məğlubiyyəti ilə nəticələnməlidir. Artıq, Qərb bu qədər müharibəyə vəsait xərcəkdikdən sonra, geri çəkilməsi mümkün deyil. Rusiyanı Ukraynada ağır məğlubiyyət gözləyir. Bunun nüvə müharibəsinə keçməsi isə, gözlənilmir”. Gülbəniz Hüseynli / Metbuat.az You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər