Bu gün: 20 may

Ronaldonun dublu “Ən-Nəsr”i finala çıxardı


Səudiyyə Ərəbistanı Kral Kubokunun ikinci yarımfinalında “Ən-Nəsr” “Əl-Halic”lə üz-üzə gəlib. Metbuat.az xəbər verir ki, Ər-Riyadda baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə başa çatıb. Matçda ilk qolu 17-ci dəqiqədə “Ən-Nəsr”in ulduzu Kriştiano Ronalduovurub. 37-ci dəqiqədə onun komanda yoldaşı Sadio Mane penaltidən fərqlənərək hesabı artırıb. 57-ci dəqiqədə isə Ronaldu dubl edib. Oyunun sonlarına yaxın (82) “Əl-Halic” vurulan qollardan birinin əvəzini çıxsa da, bu, nəticəyə təsir etməyib - 3:1. Beləliklə də, “Ən-Nəsr” finalda ötən gün “Əl-İttihad”ı mübarizədən kənarlaşdıran “Əl-Hilal”la yarışacaq. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər