Bu gün: 20 may

​Ronaldo və Messinin dövrü bitdi - "Qızıl top"u o qazana bilər


Keçmiş braziliyalı futbolçu Rivaldo "Real Madrid"in ulduz futbolçusu Vinisius Junior haqqında xoş sözlər deyib. Mebuat.az xəbər verir ki, Alman mətbuatına danışan Rivaldo bildirib ki, "Real Madrid Çempionlar Liqasını qazanarsa, Vinisius "Qızıl top"a ən böyük namizəd olacaq. Keçmiş futbolçu qeyd edib ki, “Real” Çempionlar Liqasını qazanmasa belə Vinisius ilk üçlükdə yer alacaq. Qeyd edək ki, cari mövsümdə "Real Madrid"in heyətində 35 rəsmi oyuna çıxan 23 yaşlı hücumçu bu matçlarda 21 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolda Kriştiano Ronaldo və Lionel Messinin üstünlüyündən sonra "Qızıl top" mükafatını hansı futbolçunun qazanacağı müzakirə edilir. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər