- Admin
- 2024-05-20 01:40:03
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq. Metbuat.az xəbər verir ki, sonuncu matçda "Səbail" "Qəbələ"ni qəbul edəcək. "ASCO Arena"da reallaşacaq qarşılaşma saat 19:00-da start götürəcək. Görüşü Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Paytaxt klubu 32 oyundan sonra 42 xalla 6-cı, qonaqlar 17 xalla sonuncu - onuncu pillədə qərarlaşıb. "Qəbələ"nin mövsümü sonuncu sırada başa vuracağı dəqiqləşib. Azərbaycan Premyer Liqası XXXIII tur 19:00. “Səbail”– “Qəbələ” Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə. Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Namiq Əliyev. “ASCO Arena” Qeyd edək ki, XXXIII turda "Qarabağ" "Neftçi"ni (5:0), "Zirə" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.