Bu gün: 19 may

"Sabah" "Qarabağ"ı məğlub etdi - Premyer Liqa


Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub. Metbuat.az xəbər verir ki, günün son oyununda "Sabah" və "Qarabağ" üz-üzə gəlib. "Bank Respublika Arena"da oynanılan görüş "tələbələr"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" beşinci pilləyə yüksəlib. Daha əvvəl çempionluğunu rəsmiləşdirən "Qarabağ" isə 72 xalda qalıb. Günün digər oyununda "Səbail" doğma meydanda "Kəpəz"lə heç-heçə edib - 3:3. Qeyd edək ki, turun daha əvvəl reallaşan qarşılaşmalarında "Turan Tovuz" "Qəbələ"yə 2:1, "Neftçi" "Araz-Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib. "Sumqayıt" - "Zirə" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər