Bu gün: 20 may

"Fənərbaxça" çempionluq yarışında vacib xal itirdi


“Fənərbaxça” klubu Superliqanın XXXV turunda qarşılaşdığı “Konyaspor”la matçda xal itkisi ilə üzləşib. Metbuat.az xəbər verir ki, İsmail Kartalın yetirmələri səfərdə 0:0 hesablı heç-heçəyə razılaşıb. Bu nəticənin ardından turnir cədvəlində ikinci sırada qərarlaşan “sarı-lacivərdlilər”in əzəli rəqibi “Qalatasaray”la xal fərqi 6-ya yüksəlib. Qeyd edək ki, Türkiyə çempionatının başa çatmasına 3 tur qalmış Okan Burukun komandası 96 xalla liderdir. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər