Bu gün: 19 may

“Qəbələ” 14 tur sonra qələbə qazandı


Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulub. Metbuat.az xəbər verir ki, son gündə bir oyun baş tutub. “Səbail” doğma meydanda çempionatın aşkar autsayderi “Qəbələ”ni qəbul edib. Elitanı tərk etmiş “Qəbələ”nin “Səbail”lə səfər matçında qələbə həsrətinə son qoyub-qoymayacağı maraq doğururdu. Beş qolun qeydə alındığı qarşılaşmada “Qəbələ” uzun fasilədən - 14 tur sonra 3 xal sevinci yaşayıb. Turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”yə evdə (5:0), “Zirə” “Turan Tovuz”a səfərdə (2:1), “Sabah” da “Araz-Naxçıvan” (1:0) qalib gəlib. “Kəpəz” – “Sumqayıt” matçında isə qalib müəyyənləşməyib – 1:1. Azərbaycan Premyer Liqası 33-cü tur 6 may “Səbail” – “Qəbələ” 2:3 Qollar: Aleksandr Ramalinqom, 17-pen. Pedro Nuno, 40-pen – Osama Xalayla, 20; 56-pen. Əyyub Allaş, 32. Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə. “ASCO Arena”, 19:00. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər