Bu gün: 19 may

“Qarabağ” və “Zirə” ikinci dəfə finalda qarşılaşacaq


Azərbaycan Kubokunun 2023-2024-cü illər mövsümündə finala yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcək. Metbuat.az xəbər verir ki, bu komandalar 2021-2022-ci illər mövsümündə də finalda qarşılaşıblar. Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdür. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb. Kubok mövsümünün son matçında “Neftçi” - “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” - “Şəmkir”, “Kəpəz” - “Qarabağ”, “Xəzər Lənkəran” - “İnter”, “Neftçi” - “Qəbələ” matçları iki finala təsadüf edib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər