Bu gün: 19 may

“Qarabağ” – “Neftçi” oyununun hakimləri bəlli oldu


Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunlarının təyinatları müəyyənləşib. Metbuat.az xəbər verir ki, bugünkü matçların hakimləri bəlli olub. “Qəbələ” – “Zirə” qarşılaşmasını Tural Qurbanov idarə edəcək. “Qarabağ” – “Neftçi” görüşü Əliyar Ağayevə həvalə olunub. Azərbaycan kuboku Yarımfinal, cavab oyunları 24 aprel (çərşənbə) “Qəbələ” – “Zirə” Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Nəriman Axundov VAR: Cavid Cəlilov AVAR: Eyyub İbrahimov Qəbələ şəhər stadionu, 17:00 “Qarabağ” – “Neftçi” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Elgiz Abbasov Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00 You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər