- Admin
- 2024-05-20 01:40:03
Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib. Metbuat.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda lider "Qarabağ"ı qəbul edib. Mehdi Hüseynzadə adına şəhər stadionunda oynanılan görüş sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın yeganə qoluna 70-ci dəqiqədə Roi Kehat imza atıb. Bu nəticədən sonra meydan sahibləri turnir cədvəlində 50 xalla ikinci pilləyə yüksəlib. Günün digər oyunlarında isə "Neftçi" "Turan Tovuz"u 3:0 , "Kəpəz" "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Turun açılış oyununda ötən gün "Sabah" "Səbail"i məğlub edib - 2:0. Qeyd edək ki, tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.