Bu gün: 19 may

PSJ səfərdə "Borussiya"ya uduzdu - Çempionlar Liqası


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. Metbuat.az-ın məlumatına görə, raundun ikinci matçında Dortmund "Borussiya"sı Almaniyada Fransanın PSJ kollektivini qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub. Tərəflər arasındakı cavab oyunu mayın 7-də gerçəkləşəcək. Qeyd edək ki, ötən gün "Bavariya" yarımfinalın ilk matçında Almaniyada İspaniyanın "Real" klubu ilə heç-heçə edib - 2:2. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər