Bu gün: 20 may

Paytaxtın bir çox yolunda tıxac yaranıb - SİYAHI


Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Metbuat.az-a verilən məlumata görə, hazırda bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə olunur. Hazırda: 1. Heydər Əliyev prospekti əsas və köməkçi yol, mərkəz istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində; 5. 8 Noyabr prospekti, mərkəz istiqamətində; 6. Tbilisi prospekti, mərkəz istiqamətində; 7. Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid prospekti istiqamətində 8. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində; 9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər