Bu gün: 20 may

Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək


Fransanın paytaxtı Parisdə mayın 15-də “Beynəlxalq Enerji Agentliyi (IEA)-COP29” formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək. Metbuat.az xəbər verir ki, İEA-nın icraçı direktoru Fatih Birol sosial şəbəkələrdə İtaliyanın Turin şəhərində ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevlə görüş keçirdiyini bildirib. “COP29-un prezidenti Muxtar Babayevlə bu il Bakıda COP29-un uğurlu nəticələrinin təmin edilməsi və IEA-nın milli səviyyədə müəyyən edilən yeni töhfələrə dəstək verməsi barədə müzakirələr aparılıb. Biz mayın 15-də Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoqu keçirməyi səbirsizliklə gözləyirik”, - o qeyd edib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər