Bu gün: 19 may

Ölkədə ictimai iaşə dövriyyəsi artıb


Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,7 % artaraq 452,1 milyon manat təşkil edib. Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Dövriyyənin 4 milyon 962,1 min manatı dövlət, 447,1 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb. Özəl sektorda isə dövriyyənin 51 %-i hüquqi şəxslərin, 49 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 7,4 % artaraq 227,9 milyon manat olub. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər