Bu gün: 20 may

Nicat Abasov heç-heçəyə razılaşıb


Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində davam edən İddiaçılar Turnirində növbəti görüşünü Yan Nepomnyaşiya (FIDE) qarşı keçirib. Metbuat.az xəbər verir ki, qara fiqurlarla oynayan 28 yaşlı qrossmeysterimiz VIII tur çərçivəsində rusiyalı həmkarı ilə heç-heçəyə razılaşıb. Qeyd edək ki, N.Abasovla Yan Nepomnyaşi arasında I tura təsadüf edən görüş də heç-heçə yekunlaşmışdı - 0,5:0,5. Azərbaycan təmsilçisi hazırda 2.5 xalla sonuncu - səkkizinci sırada qərarlaşıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər