Bu gün: 19 may

​Mourinyonun türk klubu ilə razılaşmasının detalları açıqlandı


"Fənərbaxça" prezidenti Əli Koç dünyaca məşhur məşqçi Joze Mourinyo ilə yeni mövsüm üçün şifahi razılığa gəlib. Metbuat.az xəbər verir ki, tərəflərin iki illik müqavilə üçün razılığa gəldiyi irəli sürülür. Portuqaliya mətbuatında çıxan xəbərlərdə, Joze Mourinyonun "Fənərbaxça" ilə müqavilə imzalamaqda maraqlı olduğu qeyd edilib. "Fənərbaxça" prezidenti Əli Koç növbəti mövsümə iddialı heyət qurmaq və komandanı Joze Mourinyoya həvalə etmək istəyir. Qeyd edək ki, Joze Mourinyonun Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etdiyi bildirilib. O, Avropada klub çalışdırmaq istəyir. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər