Bu gün: 20 may

Məşhur hücumçu tarixi klubun baş məşqçisi olur


Hollandiya millisinin sabiq hücumçusu Robin van Persi ölkəsinin “Herenven” klubunu çalışdıracaq. Metbuat.az xəbər verir ki, tərəflər 2 illik müqavilə imzalayacaqlar. 40 yaşlı veteran futbolçu bu postda Kes van Vondereni əvəzləyəcək. “Herenven” Hollandiya çempionatında sona 3 tur qalmış 10-cu pillədə qərarlaşıb. Qeyd edək ki, Robin van Persi “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbağça” klublarının şərəfini qoruyub. Məşqçi kimi “Feyenoord”un gənclərdən ibarət komandasını çalışdırıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər