Bu gün: 20 may

Mbappe "Real"dan imtina edə bilər - Sürpriz iddia


Fransa yığmasının sabiq baş məşqçisi Luis Fernandes Mbappenin bu mövsüm Çempionlar Liqasını qazanacağı təqdirdə “Real Madrid”dən imtina edə biləcəyini qeyd edib. Metbuat.az xəbər verir ki, Fernandes ulduz futbolçunun qərar vermə prosesində dəyişiklik edə biləcəyini bildirib. Fernandez PSJ-nin bu mövsüm Çempionlar Liqasını qazanacağı təqdirdə Mbappenin komandada qala biləcəyini bildirib. “Sport”a danışan Fernandez bunları deyib: “Hazırda heç bir rəsmi açıqlama verilməyib. Mbappeni gözləməliyik. O, qərarını verəndə bunu açıqlayacaq. Hələlik onu deyə bilərəm ki, o, 7 il PSJ-də parlaq oyun nümayiş etdirir. PSJ liqanın qalibi olacaq və kubokun finalına yüksələcək. Çempionlar Liqasını da qazansalar, mən heç nəyi istisna etmirəm”. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər