Bu gün: 20 may

May ayının ən şanslı bürcləri onlardır


Astroloqların araşdırmalarına görə, may ayı bəzi bürclər üçün çox uğurlu olacaq. Demək olar ki, bütün işləri qaydasına düşəcək. Metbuat.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir: Qoç - may ayında maddi gəlirlərinin artacağı gğzlənilir. Tez-tez səyahət edəcəyiniz, möhkəm dost çevrəsi qazanacağınız, dostlarınızla iş addımları atacağınız, sizə mane olan fikir və hisslərin fərqinə varacağınız təcrübələr gözləyir. Sosial çevrələrindən mühüm dəstək alacaqsınız. Buğa - may ayı ərzində şans, məhsuldarlıq, bolluq, səyahət, fiziki dəyişikliklər gözlənilir. Risk olaraq gördüyünüz addımları atdığınız zaman mənəvi cəhətdən yetkinləşdiyinizi və uğur qazanacağınızı hiss edəcəksiniz. Biznes investisiyaları üçün münasib dövr olacaq. Əkizlər - uzun müddətdir etmək istədiyiniz, lakin fürsət tapa bilmədiyiniz şeylərə doğru addım atmağın vaxtıdır. Öz taleyinizi təyin edəcəyiniz, karyeranızda xəyal etdiyiniz şeylərə çatmaq üçün tərəfdaşlarınızdan və həyat yoldaşınızdan dəstək alacağınız və öz sərhədlərinizi təyin etmə zərurətini yaşayacağınız bir proses başlayır. Xüsusilə may ayının ilk günləri bu başlanğıclar üçün olduqca uyğun görünür. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər