Bu gün: 20 may

Maaş və pensiyalarla bağlı sevindirici xəbər


Bu ilin ilk rübündə dövlət büdcəsinin gəlirləri 9,2 milyard manat, xərcləri isə 8,4 milyard manat olub. Nəticədə, büdcədə 800 milyon manatdan çox qalıq yaranıb. Bu vəsaitin hara xərclənəcəyi isə sual doğuran məsələlərdəndir. Metbuat.az-ın məlumatına görə, iqtisadçı ekspert, İqtisad Universitetinin professoru Elşad Məmmədov bildirdi ki, bununla bağlı olaraq cari ilin büdcəsinə yenidən baxıla və sosial xərclər artırıla bilər. İqtisadçı deputat Vüqar Bayramov isə hazırda da sosial xərclərin proqnozlaşdırılandan 40% çox olduğunu vurğulayıb. Millət vəkili maaş, pensiya, müavinətlərin artırılacağını da istisna etməyib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər