Bu gün: 19 may

Laçına köçən jurnalistə vəzifə verildi - FOTO


Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib. Bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. Bildirib ki, o Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb. Y. Quliyeva artıq işinin icrasına başlayıb. Xatırladaq ki, Y.Quliyeva Laçın rayonunda doğulub. 1992-ci ildə Laçın işğal olunandan sonra ailəsi ilə birlikdə Bakıda məskunlaşmışdı. Y. Quliyeva bir sıra aparıcı media qurumlarında çalışıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər