Bu gün: 20 may

Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu oldu


Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib. Metbuat.az-ın məlumatına görə, finalda “Azərreyl” və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib. İlk setdə “Azərreyl” 29:27 hesabı ilə qalib gəlib. Ardıcıl iki setdə "Murov Az Terminal" oyunçuları üstün olublar - 27:25, 25:19. Dördüncü setdə “Azərreyl” istəyinə çatıb - 32:30. Həlledici, qızıl setdə (15:13) də üstün olan "Azərrey" rəqibə 3:2 hesabı ilə qalib gələrək ölkə çempionu adına sahib çıxıb. Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər