Bu gün: 20 may

Jurnalist Cəmil Məmmədliyə ağır cəza verildi


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində jurnalist Cəmil Məmmədlnin işi üzrə məhkəmə prosesi başa çatıb. Metbuat.az-ın məlumatına görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C. Məmmədli 6 il 2 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, C.Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər