Bu gün: 20 may

“İnter” tarixində 20-ci dəfə çempion oldu


İtaliya A Seriyasında 33-cü turun son 2 oyunu keçirilib. Metbuat.az xəbər verir ki, “Derbi della Madonnina” adlanan Milan derbisi baş tutub. “Milan” ev sahibliyi etdiyi oyunda “İnter” qələbə qazanıb. Əldə olunan 3 xal Simone İnzaginin yetirmələrinə İtaliya çempionu titulunu təmin etmək imkanı verib. 86 xal toplayan “göy-qaralar” ən yaxın izləyicisi “Milan”ı 17 xal qabaqlayıblar. “İnter” tarixində 20-ci dəfə A Seriyasının qalibi olub. Çempionlar Liqasına vəsiqə uğrunda yarışan “Roma” ilə “Bolonya”nın qarşılaşmasında qonaqlar qalib gəliblər. 4-cü pillədə qərarlaşan Tyaqo Mottanın yetirmələri xalını 62-yə yüksəldiblər. "Bolonya" 5-ci yerdə qərarlaşan "Roma"nı 7 xal qabaqlayır. İtaliya A Seriyası , 33-cü tur: “Roma” – “Bolonya” – 1:3 “Milan” – “İnter” – 1:2 You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər