Bu gün: 19 may

“İham Əliyev Rusiya ilə əlaqələri hər zaman diqqət mərkəzində saxlayıb” - Millət vəkili


“Rusiya Federasiyası Sülhməramlılarının Azərbaycana gəlişindən sonra Fransanın anti-Azərbaycan təbliğat maşını "Azərbaycan Rusiya qoşunlarının Qarabağda qalmasına maraqlıdır" kimi saxta fikirləri fiaskoya uğradı”. Bu açıqlamanı Metbuat.az-a Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib. Bu gün Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədə olduğunu xatırladan millət vəkili vurğulayıb ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Baykal-Amur Maqistralının inşasına başlamasının 50 illik yubileyi ilə əlaqədar Prezident cənab İlham Əliyevin bu ölkəyə səfəri əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinin göstəricisidir: “Prezident cənab İlham Əliyev 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Maqistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı ulu öndər Heydər Əliyevin Baykal-Amur Maqistralının tikintisində misilsiz əməyi və Azərbaycanla Rusiya arasında əlaqələrin yüksəlməsində mühüm rolu, eləcə də bu gün Azərbaycanla Rusiya dövlətləri arasında mövcud vəziyyətin yüksək səviyyədə olması barədə çıxış edib. Rusiya Federasiyasının Ali rəhbərliyi də ulu öndər Heydər Əliyevin xatirəsinin hər zaman Rusiyada anılacağını vurğuladı. Azərbaycanla Rusiya Federasiyası arasında bugünkü dostluq əlaqələrinin əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanla Rusiya arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlandı. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edib”. Kamilə Əliyeva onu da qeyd edib ki, Prezident cənab İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişlənməsini hər zaman diqqət mərkəzində saxlayıb. Gülbəniz Hüseynli / Metbuat.az You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər