Bu gün: 20 may

ICESCO-nun Baş direktoru COP29-a dəvət olundu


Mayın 1-də Bakıda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi Nazim Səmədovla Forumda iştirak edən ICESCO-nun Baş direktoru Salim Əl-Malik arasında görüş keçirilib. Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı bu ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ICESCO Baş direktoruna ünvanladığı dəvət məktubu S.Əl-Malikə təqdim olunub. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər