Bu gün: 20 may

Hakimi təhqir edən futbolçular cəzalandırıldılar


AFFA İntizam Komitəsi rəqibi vuran və hakimi təhqir edən futbolçuları cəzalandırıb. Metbuat.az xəbər verir ki, Həvəskarlar Liqasında II turun “Sparta” və “Gənclər” komandaları arasında baş tutan görüşündə meydan sahiblərinin futbolçusu Fikrət Həsənov rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyunluq cəzalandırılıb. Eyni liqada çıxış edən "Dirçəliş" klubunun futbolçusu Oruc Məmmədov da 4 oyunluq diskvalifikasiya edilib. Buna onun "City Baku" ilə matçda təcavüzkar davranışa (rəqibi əl ilə vurmaq) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. AFFA Gənclər Liqasında keçirilən "Səbail" - İCBFA matçında isə birincilərin futbolçusu Amir Qəribov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər