Bu gün: 20 may

Gürcüstan parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edib


Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti martın 12-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib,abidə önünə tər çiçəklər düzüb. Metbuat.az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər