Bu gün: 20 may

Ermənistan-Gürcüstan yolunda hərəkət bərpa edilib


Ermənistan polisi Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən bir qrup şəxsin bağladığı Ermənistan-Gürcüstan yolunda hərəkəti bərpa edib. Metbuat.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə yerli administrasiyadan məlumat verilib. Bildirilib ki, sakinlərlə danışıqlardan sonra onlar yolu açmağa razılaşıblar. Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə işçi qruplarının görüşündə tərəflər prosesin Tavuş vilayətindən başlanması, eləcə də komissiyanın əsasnaməsi üzərində işin iyulun 1-dən yekunlaşdırılması barədə razılıq əldə olunub. *** Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan 7 nəfər saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Ermənistanın Tavuş vilayətində Gürcüstanla dövlətlərarası avtomobil yolunun bağlanması zamanı xuliqanlıq etməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər