Bu gün: 19 may

Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ oldu


Ermənistan-Azərbaycan sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb. Yeraltı təkanlar mayın 7-də saat 20:40-da olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər