Bu gün: 20 may

Ən sevilməyən bürclər - Onlardan uzaq durun


Araşdırmalara görə, bəzi bürclər insanlar tərəfindən o qədər də sevilmir. Onlar öz yaxın ətraflarına mənfi enerji ötürürlər. Metbuat.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir: Əkizlər ən bəyənilməyən bürclər siyahısında birinci yeri tutur. Əkizlər bürcü insanları enerjili və əyləncəli xasiyyətləri ilə seçilsələr də, cəmiyyət tərəfindən ikiüzlü, qərarsız, tutarsız və davamlı danışan kimi qəbul edilirlər. Əkizlərin dəyişkən qərarları və əhval-ruhiyyəsi ətrafdakılara yorucu təsir göstərə bilər. Əqrəb ikinci yerdə qərarlaşıb. Əqrəblər kinli, hiyləgər, şıltaq və inadkar kimi görünə bilər. Bu bürcdən olan, əslində uğurlu və yardımsevər insanlar, ambisiyaları və qısqanc xarakterləri ilə cəmiyyətdə sevilməyən bürclər sırasında sayılırlar. Əqrəblərin bu xüsusiyyətləri bəzən onları başa düşməyi çətinləşdirə bilər. Qız bürcü ən bəyənilməyən üçüncü bürcdür. Təfərrüat yönümlü və vasvası olan Qızlar dost çevrələrində arzu olunan xüsusiyyət olsalar da, yaxın ətraflarında onları bezdirici kimi qəbul edə bilərlər. Qız bürcləri narazılıqları və hər şeyin mükəmməl olmasını arzuladıqları üçün tez-tez tənqidi münasibət göstərə bilirlər. Bu səbəbdən də çoxlarının bəyənməməsi ehtimalı var. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər