Bu gün: 19 may

Əlcəzair parlamentariləri Heydər Əliyevin məzarını ziyarət edib - FOTO


Azərbaycanda səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb. Metbuat.az xəbər verir ki, Əlcəzair parlamentariləri, həmçinin Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər, məzarları üzərinə gül dəstələri düzüblər. Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər