Bu gün: 19 may

Dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanıldı


Azərbaycanda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Metbuat.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. “Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib. Qeyd edək ki, Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər