Bu gün: 20 may

COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşdü - FOTO


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbər heyəti Almaniyanın paytaxtı Berlində İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə görüş keçirib. Metbuat.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib. “XV Petersberq İqlim Dialoqunun ikinci günündə COP29-un rəhbər heyəti Bakıda keçiriləcək tədbirin planlarını müzakirə etmək üçün İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera ilə görüş keçirib”, - paylaşımda qeyd edilib. You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər