Bu gün: 20 may

Çingiz Abdullayev qidadan zəhərlənməyib - AQTA


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Xalq yazıçısı Çingiz Abdullayevin səhhətində yaranan problemin qida qəbulu ilə əlaqəli olmadığını bildirib. Metbuat.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, Ç.Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar müvafiq qaydada araşdırılıb. "Araşdırmalar nəticəsində müəyyən olunub ki, Xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil. Bununla bağlı yayılan xəbərləri təkzib edir və bildiririk ki, rəsmi qurumla dəqiqləşdirilmədən bu cür məlumatların yayılması yolverilməzdir". You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Son xəbərlər